Masallı rayonunda ev yanıb
Çaxırlı kəndində vətəndaşa məxsus ev yanıb.
Masallı rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus umumi sahəsi 156 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m, dəhlizin tavanı 10 kv.m sahədə və ev əşyaları yanıb.
İnformator Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
