Masallıda piyada vurulub
Sürücünün kimliyi müəyyən edilməyib.
Masallı rayonunun İsi kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Mircənnət Əsədova vurulub.
İnformator Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qadın xəstəxanaya müraciət etməyib.
Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
