00:00:00
Yazar
Admin User
05.11.2025 18:42 136 1 dəq oxuma
Hadisə

Masallıda silsilə oğurluqlar edən Əzizov saxlanılıb

Masallıda silsilə oğurluqlar edən Əzizov saxlanılıb

Masallı rayonunun Boradigah qəsəbəsi, Bədəlan və Qızılavar kəndlərinin ərazisindəki yaşayış evi və həyətlərdən oğurluqlar edilməsi ilə bağlı polisə məlumatlar daxil olub.

 

"İnformator.az"xəbər verir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda 8 ünvandan ümumilikdə 2000 manat dəyərində 4 ədəd velosiped, məişət və kənd təsərrüfatı alətləri oğurlayıb.

 

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları keçirdiyi tədbirdə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı İ.Əzizov müəyyən edilərək saxlanılıb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər