Maşın 65 yaşlı Quba sakinini vuraraq öldürüb
Xaçmaz rayonunda yol qəzası baş verib, 65 yaşlı Səhrab Mustafayev dünyasını dəyişib
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xaçmaz – Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı avtomobil yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Mustafayev Səhrab Mustafa oğlunu vurub. Qəza nəticəsində piyada dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
APA
