Maşın qaz xəttinə çırpıldı: 3 kənd qazsız qalıb
Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Şahbuz rayon Biçənək kəndində avtoqəza nəticəsində D-119-luq qaz xətti qırılıb.
Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
