Mauro İkardidən pis xəbər! Qalatasaray futbol klubundan açıqlama
“Qalatasaray” klubunun açıqlamasında bu ifadələrdən istifadə olunub:
“Trendyol Superliqasının 18-ci həftəsində “Fənərbaxça” ilə matçda aldığı zərbədən sonra üz sümüklərində sınıq yaranan futbolçumuz Mauro İkardinin oftalmologiya nəticəsində bir müddət oynamayacağına qərar verilib. Travmanın 20-ci günündən sonra ediləcək qiymətləndirmənin ardından oyunçumuz "Lazım olsa maska köməyi ilə oynaya biləcək".
Argentinalı hücumçunun “Konyaspor” və “Sivasspor” matçlarında meydana çıxa bilməyəcəyi öyrənilib.
Mənbə: NTVspor
Tərcümə edən: Zəhra Həsənova
