00:00:00
Yazar
Admin User
12.09.2025 18:49 189 1 dəq oxuma
Hadisə

Mehdiabadda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunub

Mehdiabadda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunub

Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.

 

"İnformator.az" Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları yanıb.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.


Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər