00:00:00
Yazar
Admin User
18.10.2025 11:10 175 2 dəq oxuma
Hadisə

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vətənə xəyanət və dövlət çevrilişi ittihamı ilə həbs edilməsi Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük əks-səda doğurub. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Lent.az-ın yaydığı məqalədə bildirilib.


Qeyd edilib ki, uzun müddət hakimiyyətdə təmsil olunan, lakin işdən çıxarılan kimi hakimiyyətə və dövlətə qarşı gizli planlar quran bu adamın əməlləri Azərbaycan xalqına bir o qədər də təəccüblü gəlməyib:

 

"Çünki Ramiz Mehdiyev vəzifədə olduğu dövrlərdə intriqalarla dolu bir karyera həyatı yaşamışdı. Karyera yüksəlişini isə köləsi olduğu Rusiya imperiyasının maraqlarına xidmət etməkdə görürdü.

 

Ramiz Mehdiyevin xəyanəti


Ramiz Mehdiyev Rusiyanın köləsi olduğunu sonuncu həmləsi ilə bir daha isbatlamış olub.


Belə ki, o, Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdən öz maraqları üçün istifadə etmək qərarına gəlib və dərhal köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu mesajını çatdırıb.

 

Ramiz Mehdiyevin şəbəkəsində kimlərin olması barədə rəsmi məlumat hələlik açıqlanmasa da, bu dəstənin kifayət qədər geniş olduğunu deyə bilərik.


Belə ki, Ramiz Mehdiyevin həbsindən bir müddət əvvəl SOCAR-ın investisiya departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə də vətənə xəyanət və iqtisadi cinayətlər ittihamı ilə həbs edilib.

 

Adnan Əhmədzadənin xəyanəti

 

Məlumatlara görə, Adnan Əhmədzadə Bakı-Ceyhan kəməri ilə İtaliya və Rumıniyaya daşınan “Azəri Layt" neftinə rus neftini qataraq satırmış.

 

Adnan Əhmədzadə uzun müddət SOCAR daxilində rus neftinin saxta sertifikatlarla Avropaya daşınmasına kömək edən şirkətlər şəbəkəsi yaradıb. Bununla da o, vətəninə xəyanət edərək Rusiyanın maraqlarına xidmət edib.

 

Ramiz Mehdiyevlə Adnan Əhmədzadə bir məqsədə xidmət ediblər

 

Analiz etdikdə Ramiz Mehdiyevin həbsi ilə Adnan Əhmədzadə işi arasında ortaq nöqtə görünür.

 

Birincisi, hər iki şəxs dövlətə xəyanətdə ittiham olunur;

 

İkincisi, hər iki şəxs Azərbaycanın dövlət maraqlarını eyni yerə - yəni, Rusiyaya satıblar;

 

Üçüncüsü, biri dövlətə siyasi xəyanət edib, digəri iqtisadi xəyanət;

 

Dördüncüsü, hər iki şəxsin əməllərində dövlət çevrilişi cəhdləri var - iqtisadi diversiya və siyasi diversiya.


Bu iki qrup bir-birindən kənar fəaliyyət göstərsə də, yekunda bir məqsədə xidmət ediblər".



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər