00:00:00
Yazar
Admin User
05.04.2025 13:33 316 1 dəq oxuma
Hadisə

Meksikada ilk dəfə insanda H5N1 quş qripi ştammı aşkar edilib

Meksikada ilk dəfə insanda H5N1 quş qripi ştammı aşkar edilib

Meksika Səhiyyə Nazirliyi ölkədə ilk dəfə olaraq insanda "H5N1" quş qripi ştammının aşkar edildiyini açıqlayıb. Nazirlik bildirib ki, Duranqo ştatının şimalında 3 yaşlı qız uşağında quş qripi olduğu təsdiqlənib.

 

Aprelin 1-də köçürüldüyü Torreon şəhərindəki xəstəxanada qızda "H5N1" virusu aşkarlanıb. 

 

Vəziyyəti hələ də ağır olan uşağın müalicəsi xəstəxanada davam etdirilir.

Meksika səlahiyyətliləri H5N1-in insandan insana ötürülməsinə dair hələ heç bir sübut olmadığını vurğuladılar.

 

Səlahiyyətlilər xəstə və ya ölü ev quşları və ya vəhşi heyvanlarla təmasdan sonra öskürək, nəfəs almaqda çətinlik, baş ağrısı, qusma və ya gözlərin qızarması kimi şübhəli simptomlar yaranarsa, həkimə müraciət etməyi tövsiyə edir.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər