Meksikanın ən böyük narkokartelinin lideri öldürülüb
Meksikanın ən böyük narkokartellərindən biri olan "Halisko Yeni Nəsil"in lideri El Menço ləqəbli Nemesio Osegera Servantes silahlı qüvvələrin keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Milenio" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Bazar günü Talpa de Allyende (Xalisko ştatı) bələdiyyəsində ordunun keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın lideri öldürülüb. Təhlükəsizlik qüvvələrinin ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalientes ştatlarında keçirdiyi əməliyyatlara cavab olaraq kartel üzvləri magistral yolları bağlamağa başlayıblar.
Servantes El Çapo ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu sayılırdı",- mənbə bildirib.
