00:00:00
Yazar
Admin User
31.03.2015 12:49 586 2 dəq oxuma
Sosial

Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun illik hesabatı

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov:"Fond artıq 10 ildir ki, fəaliyyət göstərir..."
Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun illik hesabatı

Qədim tarixə, yüksək mədəniyyətə malik olan Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmiş Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu artıq 10 ildir ki, fəaliyyət göstərir.

Fondun fəaliyyətinin əsas məqsədi milli irsi, mədəni, tarixi dəyərlərimizi tədqiq edib həm ölkəmizdə, həm də ölkəmizdən kənarda təbliğ etməkdən, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlərin təşkilindən, təhsil, mədəniyyət, səhiyyə və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirməkdən ibarətdir.

Yola saldığımız 2014-cü ili də fondumuzun fəaliyyəti baxımından uğurlu saymaq olar. Belə ki, 2014-cü ildə professor Teymur Əhmədovun rəhbərliyi ilə “Füyuzat” jurnalının növbəti 6 sayı işıq üzü gördü. 2014-cü ilin əvvəlində “Füyuzat” jurnalının redaksiya şurası Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi şərəfinə akademik Nizami Cəfərovun rəhbərliyi ilə “Ortaq Türk Ədəbi dili” mövzusunda elmi simpozium keçirdi. Bundan əlavə, 1 oktyabr 2014-cü ildə görkəmli dilşünas-alim Buludxan Xəlilovun sədrliyi ilə “Azərbaycan dili: dünən, bu gün, sabah” mövzusuna həsr edilmiş qiyabi dəyirmi masa da təşkil olundu. Hər iki simpoziumda Azərbaycanın görkəmli ziyalıları, elm xadimləri iştirak etdilər.

2014-cü ildə “İşıq-qadın” jurnalının da növbəti 4 sayı da nəşr olundu. Qeyd edək ki, Sədaqət Qəhrəmanovanın baş redaktorluğu ilə çıxan jurnalın nəşri artıq 4-cü ildir  uğurla davam etməkdədir. 

2014-cü il ərzində Fondun saytı “mimta.az” da xeyli təkmilləşdirilmişdir.

Fondun rəhbərliyi altında fəaliyyət göstərən “Tərcümə mərkəzi”ndə Azərbaycanın böyük coğrafiyaşünas-alimi Zeynalabdin Şirvaninin müəllifi olduğu  “Bustanun lil-arifin və gülüstanun lil-abidin” əsərinin tərcüməsinə başlanılmışdır.

Bundan əlavə “Tərcümə mərkəzi”ndə “Ağıla və qəlbə işıq saçan sözlər” kitabının III nəşri çapdan çıxmış, eləcə də Şərqin tanınmış mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığından, hikmətli sözlərindən ibarət nəfis şəkildə tərtib etdiyimiz “Eşq pərvanəsi” kitabının III və IV nəşrləri işıq üzü görmüşdür.

Fondumuzun dəstəyi ilə Cənubi Azərbaycanın söz ustadlarından şair Bulud Qaraçorlunun (Səhənd) “Dədəmin kitabı” əsəri də çapa hazırlanmışdır. 

Bunlarla yanaşı, artıq Fondumuzda ənənə halını almış müxtəlif mövzularda keçirilən seminarlar da il ərzində davam etdirilmişdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər