00:00:00
Yazar
Admin User
07.12.2023 15:57 453 1 dəq oxuma
İdman

Milli komandamıza seçiləcək məşqçi necə olmalıdır?

Milli komandamıza seçiləcək məşqçi necə olmalıdır?

Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər. AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb. 

 

Mövzunu İnformator.az-a şərh edən futbol şərhçisi Ramiz Mirzəzadə düşünür ki, Milli komandamıza seçiləcək xarici məşqçi gənc, dinamik, müasir və işləmək həvəsi olub qurmaq, yaratmaq uğur üçün ac olan məşqçi obrazı olmalıdır.

 

"Şenol Günəş kifayət qədər təcrübəlidir. Həmçinin Türkiyə Millisi ilə qazandığı 2002-ci il Dünya Çempionatı bürünc medal baxımından əlbəttə ki, kifayət qədər tanınmış məşqçidir".

 

Ramiz Mirzəzadəyə görə, bizim Milli komanda üçün belə mütəxəssis o qədər də uğurlu seçim olmaz

 

"Əgər xarici məşqçi olacaqsa, gənc, savadlı, futbol elminin ən müasir standartlarını bilən və nəticə verməyi zamanla bacaracaq bir obraz olsa, gözəl olar".

 

Şərhçi yerli məşqçidən yana olduğunu qeyd edib.

 

"Yerli məşqçi seçimi, məncə, daha yaxşı olar. Nisbətən uzun planlaşdırılan bir müddət üçün yerli məşqçi obrazı mənim seçim etməyim üçün yaxşı variant olar".

 

Ramiz Mirzəzadənin sözlərinə görə, qarşıdakı müddətdə hələ çox seçim variantları ortaya çıxacaq. 

 

"Bunun ən azı yeni ilə qədər təsdiqlənəcəyini gözləmirəm".

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər