Milli koordinator: "Ötən il 2543 əcnəbi deportasiya edilib"
Ötən il sosial və iqtisadi səbələrin doğurduğu məcburi əməyin qarşısnın alınması, onun qurbanlarının müəyyən edilməsi əsas işlərdən olub.
İnformator xəbər verir ki, Milli Məclisin plenar iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun məlumatı dinlənilib. Məlumatı təqdim edən Daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, Daxili İşlər nazirliyi (DİN), Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi (ƏSMN) və Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən paytaxtda və respublikanın ayrı ayrı rayonlarında tikinti sahəsində və istehsal sahəsində keçirilən əmək miqrasiyasına nəzarət çərçivəsində keçirilmiş tədbirlər nəticəsində 4 məcburi əmək cinayəti, 164 inzibati xəta aşkarlanıb, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2543 əcnəbi deportasiya edilib.
Vilayət Eyvazov onu da qeyd edib ki, ötən il həyata keçirilmiş əməliyyat və profilaktik tədbirlərlə 2012-ci illə müqayisədə 21 % çox fakt aşkar edilib: “21% daha çox və ya 97 insan alveri, 4 məcburi əmək faktı, habelə insan alvei məqsədi ilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılmasımilə bağlı 3 fakt aşkarlanıb. Bu əməllərə görə 26 nəfər məsulliyyətə cəlb edilib, 9 mütəşəkkil dəstə və qrup zərərləşdirilib.”
