Milli Məclis bu gün Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsinə baxacaq
Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Bu gün Milli Məclisdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq. İnformator.az-ın məlumatına görə, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
