Mingəçevirdə ağır qəza xəsarət alanlar var
Mingəçevirdə "KIA" markalı minik maşını "Chevrolet" markalı minik maşını ilə toqquşub.
“İnformator.az” xəbər verir ki, hadisə Mingəçevir şəhərinin "Alaqapı" adlanan ərazisində qeydə alınıb.
Hadisə nəticəsində "KIA"da olan sərnişinlər - Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Şamba Süleymanova xəsarət alıblar.
Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
