Minguzzi qətl işi üzrə hökm günü
İstanbulun Kadıköy rayonunda 14 yaşlı Mattia Ahmet Minguzzinin bıçaqlanaraq öldürülməsi ilə bağlı cinayət işində bu gün altıncı məhkəmə iclası keçirilir. Tutulu vəziyyətdə olan 4 təqsirləndirilən şəxsin mühakimə olunduğu iş üzrə bu gün hökmün elan ediləcəyi gözlənilir.
Minguzzini bıçaqlayaraq öldürən 2 nəfərin mühakimə olunduğu əsas iş, hadisə günü şübhəlilərlə birlikdə olduqları müəyyən edilən digər 2 azyaşlının işi ilə birləşdirilib.
Bu gün 4 təqsirləndirilən şəxs ikinci dəfə birlikdə hakim qarşısına çıxarılıb.
TRT Haber
Səadət Əlizadə
