00:00:00
Yazar
Admin User
26.10.2015 04:56 676 1 dəq oxuma
Hadisə

Minik avtomobili yük avtomobilinə çırpılıb

\"VAZ\" markalı minik avtomobili \"QAZ\" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Minik avtomobili yük avtomobilinə çırpılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qudyalçay çayının, Xaçmaz rayonu ərazisindən keçən hissəsində \"VAZ\" markalı minik avtomobili \"QAZ\" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:40-da başa çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər