00:00:00
Yazar
Admin User
15.11.2025 10:30 143 1 dəq oxuma
Hadisə

Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Akif Mirabov 78 yaşında vəfat edib.

 

"İnformator.az" "APA"ya istinadla xəbər verir ki, o, bu gün günorta saatlarında vəfat edib.

 

Əməkdar artist sabah Mingəçevir şəhər qəbiristanlığında dəfn ediləcək.

 

Qeyd edək ki, Akif Mirabov Milli Qəhrəman Rəşad Mirabovun atasıdır.


Xatırladaq ki, Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Mingəçevir şəhər Xanabad kəndində doğulub. 1965-ci ildə Xalq teatrında, 1968-ci ildən isə Mingəçevir Dövlət Dram teatrında aktyor kimi işə başlayıb. O, 1968-ci ildən 2017-ci ilədək teatrda aktyor işləyib. 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2013-cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu ilə təltif olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər