00:00:00
Yazar
Admin User
03.07.2025 10:33 203 1 dəq oxuma
Hadisə

Məktəb direktoru yük maşınının altında qalıb

Məktəb direktoru yük maşınının altında qalıb

Naxçıvanda məktəb direktoru avtoqəzada ölüb.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, hadisə Oruabd rayonu Nürgüt kəndində baş verib.

Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Adim Adıgözəl oğlu Yusibov yük avtomobilinin altında qalıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər