"Məlhəm" hospitalda yanğın baş verib
Bakıda yerləşən "Məlhəm" hospitalda yanğın hadisəsi baş verib.
"İnformator.az"xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının artıq nəzarət altına alındığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
