Moskvada avtomobil partlayışı: rus general həlak olub
Rusiya rəsmilərinin verdiyi məlumata görə, Moskvada avtomobilə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində rus general həlak olub.
Rusiya İstintaq Komitəsi bildirib ki, Silahlı Qüvvələrin əməliyyat hazırlığı departamentinin rəhbəri, general-leytenant Fanil Sarvarov bazar ertəsi səhər saatlarında avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun detonasiya etməsi nəticəsində ölüb.
56 yaşlı Sarvarovun ölümü ilə bağlı istintaq aparılır. Komitənin açıqlamasında qeyd olunub ki, araşdırılan ehtimallardan biri partlayıcının Ukrayna kəşfiyyat xidmətlərinin iştirakı ilə yerləşdirilməsi variantıdır. Ukrayna tərəfi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
BBC NEWS
Banu Məmmədova
