00:00:00
Yazar
Admin User
24.12.2025 14:18 96 1 dəq oxuma
Hadisə

Moskvanın mərkəzində partlayış: iki polis əməkdaşı daxil olmaqla üç nəfər həlak olub

Moskvanın mərkəzində partlayış: iki polis əməkdaşı daxil olmaqla üç nəfər həlak olub

 

 

Rusiya hakimiyyətinin məlumatına görə, Moskvada baş verən partlayış nəticəsində iki polis əməkdaşı da daxil olmaqla üç nəfər həyatını itirib.

 

Şəhərin Yeletskaya küçəsində yol patrul xidmətinin iki əməkdaşı polis avtomobilinin yaxınlığında “şübhəli şəxs”i görüb. Onlar həmin şəxsi saxlamaya yaxınlaşarkən partlayıcı qurğu işə düşüb. Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Nəticədə hər iki polis əməkdaşı aldıqları xəsarətlərdən ölüb, hadisə yerində olan başqa bir şəxs də həyatını itirib.

Hücum paytaxtda bazar ertəsi baş verən və yüksək rütbəli rus generalının avtomobil partlayışı nəticəsində öldürülməsindən cəmi iki gün sonraya təsadüf edir.

 


BBC NEWS
Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər