00:00:00
Yazar
Admin User
23.01.2024 16:41 391 1 dəq oxuma
İdman

Mourinyo ərəblərin təklifini rədd edib

Mourinyo ərəblərin təklifini rədd edib

İtaliyanın "Roma" komandası ilə yollarını ayıran Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn  təklifi qəbul etməyib. Portuqaliyalı çalışdırıcının karyerasını İtaliyada davam etdirə biləcəyi iddia edilirdi.

Cope Radio-nun İspaniyada yayımlanan xəbərinə görə, portuqaliyalı məşqçi ona motivasiya verəcək layihə təqdim olunmadığı üçün “Əş-Şəbab”ın astronomik təklifini rədd edib.

Uğurlu məşqçi açıqlamalarından birində ‘’Boş vaxtlarımda Səudiyyə Ərəbistanına gedəcəm, amma orada işləyəcəyimə əminəm. Nə vaxt olduğunu bilmirəm, amma tam əminəm. Səudiyyə Ərəbistanında qapılar mənim üzümə həmişə açıqdır. Mən orada inkişafı hiss etmək istəyirəm’’,-deyə qeyd edib.

 

Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər