00:00:00
Yazar
Admin User
09.02.2026 08:14 36 1 dəq oxuma
Hadisə

Məşhur manatın qəzeti bağlanıb, özü isə 20 il həbs alıb

Məşhur manatın qəzeti bağlanıb, özü isə 20 il həbs alıb

Honkonqun ən məşhur media maqnatı Cimmi Lay 20 il həbs cəzasına məhkum edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

 

Məlumata görə, bu, ölkənin milli təhlükəsizlik qanununa əsasən verilən ən ağır cəzadır:

“İş adamı milli təhlükəsizliyi pozaraq xarici qüvvələrlə əlbir olmaqda, eləcə də təhrikedici materiallar dərc etməkdə ittiham olunur. 78 yaşlı Cimmi Lay üçün 20 illik həbs cəzası faktiki olaraq ölüm hökmüdür”.

 

Qeyd olunub ki, hazırda bağlanan “Apple Daily” qəzetinin 78 yaşlı keçmiş sahibi günahsız olduğunu bildirib və özünü Pekin tərəfindən təqib edilən siyasi məhbus adlandırıb.

 

Xatırladaq ki, Lay Britaniya vətəndaşıdır. Böyük Britaniyanın Baş naziri Keyr Starmer yanvar ayında Pekinə səfəri zamanı Çin lideri Si Szinpinlə iş adamının işini müzakirə etmişdi. ABŞ Prezidenti Donald Tramp da Szinpinlə görüşündə bu məsələni qaldırmışdı.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər