Məşhur rejissor və həyat yoldaşı bıçaqlanaraq öldürülüb
Amerikalı rejissor Rob Reiner və həyat yoldaşı Mişel Reyner evlərində bıçaqlanaraq ölü tapılıb.
Los-Ancelesdə (Kaliforniya) yanğınsöndürmə səlahiyyətliləri, zəng aldıqdan sonra Reiner cütlüyünün evində fövqəladə vəziyyətə reaksiya verdiklərini açıqlayıb.
Yanğınsöndürənlər bildiriblər ki, cütlüyün evində 78 yaşlı kişi və 68 yaşlı qadın ölü tapılıb.
Associated Press-ə danışan hüquq-mühafizə orqanları ölənlərin Reiner cütlüyü olduğunu bildirib.
TRT XƏBƏR
Arzu Poladova
