00:00:00
Yazar
Admin User
01.02.2024 15:38 489 2 dəq oxuma
İdman

Murad Musayevin gedişi bütövlükdə Azərbaycan futboluna təsir edə bilər

Murad Musayevin gedişi bütövlükdə Azərbaycan futboluna təsir edə bilər

"Sabah" futbol klubunun baş məşqçisi Murad Musayev istefa verib. 

 

Murad Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışıb. Komanda  rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. 

 

Bu barədə futbol eksperti Ağa Dadaşzadə informator.az saytına açıqlama verib.

 

"Murad Musayev Azərbaycan müstəqillik tarixində Azərbaycana gələn ən yaxşı beş məşqçidən biri olub. Onun xarakteri sərt olsa da, deyə bilərik ki, futbol da bunu tələb edir".

 

Ekspert Murad Musayevin komandadan gedişinin gözlənilən olduğunu vurğulayıb.

 

"7:1 hesablı məğlubiyyət hər komandanın başına gələ bilər amma burada müəyyən məsələlər var. O cür uduzmaq "Sabah"a və Murad Musayevə xas bir məğlubiyyət deyildi".

 

Ağa Dadaşzadə   klub rəhbərliyi  ilə  Murad Musayev arasında anlaşılmazlıq olmasını qeyd edib. 

 

Ekspert bildirib ki, Murad Musayevin gedişi komanda üçün müsbət heç nə vəd etmir.

 

""Sabah" futbol klubunu bundan sonra daha çətin günlər gözləyir".

 

Müsahib  son olaraq Murad Musayevin gedişinin yanlız ‘’Sabah’’a deyil bütün Azərbaycan futboluna mənfi təsir göstərə biləcəyini qeyd edib.

 

Murad Musayev isə öz açıqlaması zamanı rəhbərliklə arasında problem olmadığını qeyd edib.


 

‘’Mətbuatda deyirlər  ki, mənim rəhbərliklə aramda münaqişəm var? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta ideal olduğunu deyə bilərəm . Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. Kluba qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət sözlər olacaq”,-deyə Murad Musayev “Çempionat’’ ın müxbiri Mariya Kutsubeyeva ilə müsahibəsində bildirib.

 

Xatırladaq ki, ötən gün keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk mərhələsində "Qarabağ" "Sabah"ı 7:1 hesabı ilə məğlub edib.

 

 Gülay Qəribova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər