00:00:00
Yazar
Admin User
03.04.2025 18:52 294 1 dəq oxuma
Hadisə

Myanmadakı zəlzələlərdə ölənlərin sayı 3145-ə yüksəldi

Myanmadakı zəlzələlərdə ölənlərin sayı 3145-ə yüksəldi

Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 3145-ə çatıb.

 

Myanma Dövlət Televiziyasının məlumatına görə, ölkədə 28 martda baş verən zəlzələlərdə ölənlərin və yaralananların sayı artıb. Zəlzələlərdə ölənlərin sayı 3145-ə, yaralıların sayı isə 4589-a yüksəlib. İtkin düşdüyü bildirilən 221-dən çox şəxs üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Myanmanın mərkəzi hissəsində yerləşən Sagaing bölgəsi yaxınlığında, 28 martda 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verdi. Zəlzələ Myanma ilə  yanaşı, qonşu Tailand və Çində də güclü hiss olundu. Zəlzələlər ölkədə böyük dağıntılara səbəb olub və ölənlərin sayının artacağından narahatlıq var.

 

Mənbə: TRT HABER
Nigar Həsənzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər