00:00:00
Yazar
Admin User
13.11.2025 10:59 140 1 dəq oxuma
Hadisə

Ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC-dir

Ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC-dir

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə son bir ildə ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC olub. Bu şirkətin şikayət indeksi 1.54 təşkil edib.

 

"İnformator.az" "Teleqraf"a istinadən bildirir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

 

Siyahının ikinci pilləsində 1.45 şikayət indeksi ilə “AtaSığorta” ASC, üçüncü yerdə isə 1.17 göstərici ilə “Xalq Sığorta ASC qərarlaşıb.


Dövr ərzində ən az şikayət edilən sığorta şirkəti isə 0,35 indekslə "Azərbaycan Sənaye Sığorta" ASC olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər