Nüvə razılaşmasından sonra İranda eyni gündə iki seçki keçiriləcək
İran nüvə razılaşmasının qüvvəyə minməsindən sonra ilk dəfə seçki keçirir.
İnformator.az “Euronews”a istinadla xəbər verir ki, cümə günü parlament üzvlərinin müəyyən ediləcəyi ümumi seçkilər və Mütəxəssislər Məclisi seçkisi keçiriləcək.
Seçkilər islahatçı qanad ilə mühafizəkarlar arasında suverenlik mübarizəsini əks etdirir. Paytaxt Tehranda islahatçıları ətrafında toplayan keçmiş prezidentliyə namizədlərdən Məhəmməd Rza Arif “prezidentlik kürsüsünə 2013-cü ildə Həsən Ruhaninin gəlməsindən sonra indi də parlamentdə çoxluğu qazanacaqları halda ölkə iqtisadiyyatı və digər bir çox sahədə müsbət dəyişikliklərin sürətlənəcəyini” ifadə edir.
Seçkilər nüvə razılaşmasının memarı prezident Ruhani üçün də prezidentlik dövrünün başa çatmasına iki il qalmış etimad xüsusiyyəti daşıyır.
Tehranda mühafizəkarların namizədlərindən olan Holam Əli Həddad da kompaniyasında iqtisadi vədlərə üstünlük verir.
Dini lideri müəyyən etmək və vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə sahib olan Mütəxəssislər məclisində 88 yer üçün 161 namizəd mübarizə aparacaq. Mütəxəssislər məclisinə namizədlər arasında Ruhani və sabiq prezident Haşimi Rəfsəncani də var.
Parlamentin yenilənəcək 290 üzvlüyü üçün isə 586-ı qadın 6 min 200 nəfər namizədliyini isrəli sürüb. Nüvə razılaşmasından sonra beynəlxalq sanksiyaların da aradan qaldırılması ilə ölkədəki iqtisadi vəziyyətin düzəlməsi seçki kompaniyalarının gündəliyini təşkil edir.
