00:00:00
Yazar
Admin User
24.12.2025 17:38 93 1 dəq oxuma
Hadisə

Narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb

Narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində İran istiqamətindən ölkə ərazisinə 6,8 kiloqram marixuana, eləcə də cüzi miqdarda tiryək gətirilməsinə cəhdin qarşısı alınıb.

 

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu əməllər ağır cinayətlər kateqoriyasına daxildir:

 

“İstintaq materiallarından görünür ki, burada söhbət təkcə narkotik vasitələrin dövriyyəsindən getmir. Cinayət işi eyni zamanda iki ağır maddə ilə aparılır: həm 234-cü maddə, yəni bilavasitə narkotik maddələrlə bağlı qanunsuz əməllər, həm də 206-cı maddə — qaçaqmalçılıq faktı üzrə. Artıq həmin şəxslər hər iki maddə ilə məsuliyyətə cəlb olunublar və onlara qarşı rəsmi ittihamlar irəli sürülüb.

Sanksiya məsələsinə gəlincə, qeyd etməliyəm ki, bu əməllər ağır cinayətlər kateqoriyasına daxildir. Xüsusilə işin içində qaçaqmalçılıq komponentinin olması cəzanı daha da ağırlaşdırır. Hazırda istintaq davam edir, dəstənin digər üzvlərinin kimliyi və cinayətdə iştirak dərəcələri tam dəqiqləşdirilir. Amma indidən demək olar ki, bu maddələrin sanksiyası kifayət qədər sərtdir və böyük ehtimalla cəza müddəti 8 ildən başlayacaq”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər