00:00:00
Yazar
Admin User
01.05.2025 08:15 306 1 dəq oxuma
Hadisə

Narkotik qəbul edən sürücü mikroavtobusu polislərin üzərinə sürüb

Narkotik qəbul edən sürücü mikroavtobusu polislərin üzərinə sürüb

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda "Mercedes Sprinter" markalı mikroavtobusa "saxla" işarəsi verilsə də, sürücü - Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.

 


"İnformator.az" 
xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

 

 

Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan Kənan Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb:

 

"Araşdırması zamanı avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğunda Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər