00:00:00
Yazar
Admin User
26.12.2025 18:11 75 2 dəq oxuma
Dünya

NATO ABŞ-siz mümkün deyil

NATO ABŞ-siz mümkün deyil

Cümə axşamı dərc olunan müsahibədə NATO-nun baş katibi Avropa rəhbərliyində Ukraynada qüvvələrin yerləşdirilməsi təkliflərini rədd edərək bildirib ki, kollektiv təhlükəsizlik üçün transatlantik tərəfdaşlıq hələ də vacibdir.

 

NATO-nun baş katibi Mark Rutte Avropanın ABŞ-dən müdafiə sahəsində ayrılmasını nəzərdə tutan müstəqil təhlükəsizlik strukturlarına dair təklifləri qəbul etməyib və Aİ-nin müdafiə məsələlərində ABŞ-dən uzaqlaşmasına ehtiyac olmadığını vurğulayıb. Bu mövzu bəzi yüksək səviyyəli avropalı siyasətçilər tərəfindən gündəmə gətirilib.

 

Avropa Xalq Partiyasının (EPP) sədri və Avropa Parlamentindəki fraksiyasının rəhbəri Manfred Veber Ukraynada sülhü təmin etmək məqsədilə Aİ-nin komandanlığı altında Avropa qoşunlarının yerləşdirilməsinə çağırıb.

“Avropa bayrağı daşıyan əsgərlərin ukraynalı dostlarımızla birlikdə sülhü təmin etməsini arzulayıram", -Veber Almaniyanın Funke media qurumuna deyib..

 

Rutte isə bu təkliflə razılaşmayıb və Almaniyanın dpa xəbər agentliyinə verdiyi, cümə axşamı yayımlanan müsahibəsində bunu açıq şəkildə bildirib.

“Mən tam əminəm ki, ABŞ NATO-ya tam şəkildə sadiqdir. Buna heç bir şübhə yoxdur. Yeganə böyük gözlənti isə Avropanın daha çox vəsait xərcləməsi və daha çox məsuliyyət götürməsidir,”-deyə Rutte qeyd edib.

 

“Avropa və NATO-dan danışarkən, bu, təkcə Aİ demək deyil,” – deyə Rutte bildirib və əlavə edib ki, NATO-da yer alan 23 Aİ ölkəsi alyansın ümumi iqtisadi potensialının cəmi dörddə birini təşkil edir.

 

Rutte ABŞ və Avropanın Arktika və Şimali Atlantikanın müdafiəsində ortaq maraqlara malik olduğunu da diqqətə çatdırıb.

“ABŞ-nin NATO-da özünəməxsus maraqları var. Bunlara Avropanın təhlükəsizliyi ilə yanaşı Arktika da daxildir. Arktikanın təhlükəsizliyi ABŞ üçün həyati əhəmiyyət daşıyır və biz bunu yalnız birlikdə -Avropa və Amerika NATO müttəfiqləri olaraq qoruya bilərik,” -deyə o bildirib.

 

Euronews

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər