Neftçalada bazar yanır
Neftçala şəhərində bazar yanır.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Faktla bağlı araşdırma aparılır.
