00:00:00
Yazar
Admin User
03.01.2024 12:30 539 1 dəq oxuma
İdman

"Neftçi" Albaniya klubu ilə qarşılaşacaq

"Neftçi" Albaniya klubu ilə qarşılaşacaq

"Neftçi"nin yoxlama oyununda üz-üzə gələcəyi komandalardan biri dəqiqləşib. "Ağ-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 9-da baş tutacaq.

 

Komandanın oyuna hazırlıq prosesi ilə bağlı Neftçi PFK-nın Mətbuat katibi Emin Əfəndi İnformator.az saytına açıqlama edib.

 

"Qarşıdakı qış təlim-məşq planını Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində keçirəcək komandamız yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq".

 

Müsahib ilk yoxlama matçı haqqında da məlumat verib:

"Kollektivimiz ilk yoxlama görüşünü yanvarın 6-da Türkiyə 1-ci liqa təmsilçisi “Erzurumspor” komandasına qarşı keçirəcək".

 

Emin Əfəndi sonda  qeyd edib ki, yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə isə qarşılaşacaqları rəqibin kimliyi hələlik məlum deyil.

 

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər