"Neftçi" spesifik bir komandadır
"Neftçi"nin yeni baş məşqçisi açıqlanıb. Bu vəzifəyə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olunub.
Qeyd edək ki, "Neftçi"nin öncəki baş məşqçisi Adrian Mutu idi.
Bu barədə informator.az-a açıqlama verən "Səbail"in baş məşqçisi Şahin Diniyev bildirir ki, "Neftçi"də işlər doğrudan da düz getmirdi.
"Bir müddətdir ki, məşqçi dəyişiklikləri gedirdi. Hələki düzgün bir istiqamət tuta bilməyiblər. Klubun daxilində problemin nə də olduğunu daha yaxşı bilirlər".
Baş məşqçi "Neftçi"nin keçmiş baş məşqçisi Adrian Mutuya gələcək işlərində Mutuya uğurlar arzulayır.
Şahin Diniyev deyir ki, məşqçi işi belədir. Bu gün burdasan, sabah gedirsən.
Baş məşqçi Miodraq Bojoviç barədə bir az məlumatı olduğunu qeyd edir.
"Mən Rusiyada Telekdə işləyəndə onu tanıyırdım, təcrübəli bir məşqçidir, demək olar ki, Rusiyada uğurlar qazanıb, orta komandaları yuxarıya qaldıra bilib".
Şahin Diniyevin sözlərinə görə "Neftçi" spesifik bir komandadır.
"Qış hazırlığı da 20 gündür, 20 gün ərzində nəyin dəyişəcəyini bilmirəm. Ancaq bildiyim və tanıdığım qədər təcrübəli və özünü sübut etmiş məşqçidir".
Aynur Babayeva
