Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə edib
İsrailin Baş naziri Binyamin Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Trampla İrana hücumların bərpasının mümkünlüyünü müzakirə edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Televiziyasının "12-ci Kanalı" məlumat yayıb.
Kanalın Amerika mənbəsinə istinadən verdiyi məlumata görə, Vaşinqton İsrail baş nazirinin seçkilərdən əvvəl İrana hücumları bərpa etmək istəyindən məmnun qalmayıb. İsraildə parlament seçkiləri oktyabrın 27-nə planlaşdırılıb.