00:00:00
Yazar
Admin User
19.05.2015 07:11 441 1 dəq oxuma
Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bu gün Riqada toplaşır

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilatçılığı ilə bu gün Riqada liderlərin növbəti toplantısı öz işinə başlayır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bu gün Riqada toplaşır

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilatçılığı ilə bu gün Riqada liderlərin növbəti toplantısı öz işinə başlayır.

Komitədən İnformator-a verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına və bu ilin aprelində keçirilmiş III Qlobal Bakı Forumunun nəticələrinə dair müzakirələr aparacaq.

İki gün davam edəcək toplantıda Avropa Qonşuluq Siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, Qonşuluq siyasətinin həyata keçirilməsinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski, Albaniyanın sabiq Prezident Recep Meydani iştirak edəcək.

Bundan başqa, müzakirələrə Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk, Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko, Latviyanın eks-prezidenti Valdis Zatlers də qatılacaq.

Qeyd edək ki, mayın 18-də axşam toplantı iştirakçılarının şərəfinə ziyafət verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər