00:00:00
Yazar
Admin User
18.09.2025 07:31 166 1 dəq oxuma
Hadisə

Nizami rayonunda evdə yanğın baş verib

Nizami rayonunda evdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə FHN-in İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

Əlavə məlumat veriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər