Oğurluq etmiş Bakı şəhər sakini tutulub
Fərhad Tağıyevin evindən qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Pərvin Məhərrəmov tutulub.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Fərhad Tağıyevin evindən qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Pərvin Məhərrəmov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il mart ayının 25-də Rəşad Qədimovun yaşadığı Zığ qəsəbəsindəki evdən pəncərədən girmək yolu ilə 100 manat və noutbuk oğurlaması da müəyyən edilib.
