Oğurluq etmiş Bakı şəhər sakininin digər cinayət əməlləri də məlum olub
Bakı şəhər sakini Samir İbrahimov tutulub.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Rəsulova məxsus mağazadan, Rafiq Ağayevə məxsus internet klubdan məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir İbrahimov tutulub.
İnformator Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilib.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov və T.Qasımov da tutulub.
