00:00:00
Yazar
Admin User
22.09.2025 07:13 143 1 dəq oxuma
Hadisə

Oğuzda 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Oğuzda 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Ötən gecə Oğuz rayonunun Bayan kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib.

 

"İnformator.az" xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Lakin piyadanın hadisə yerində dünyasını dəyişdiyi məlum olub.

 

İlkin araşdırmalar zamanı avtomobillə vurulan şəxsin rayonun Baş Daşağıl kənd sakini, 43 yaşlı Sadəddin Abdulhəmidov olduğu müəyyən olunub. Hadisəni törədən sürücünün isə idarə etdiyi avtomobillə birlikdə ərazidən uzaqlaşdığı məlum olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.

 

Faktla bağlı cinayət işi başlanılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər