00:00:00
Yazar
Admin User
19.05.2015 09:24 655 1 dəq oxuma
Hadisə

Ölənlərin sayı yeddiyə çatıb

Digər 6 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
Ölənlərin sayı yeddiyə çatıb

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:00 olan son məlumatlara əsasən 20 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, bunlardan 14-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 3 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 7 nəfərdir. Digər 6 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər