Oskar mükafatlı prodüser Stüart Kreyq vəfat edib
“Harri Potter” və “Fantastik Məxluqlar” , həmçinin “Qandi” , “Təhlükəli Əlaqələr” və “Notting Hill” filmlərindəki işləri ilə tanınan Oskar mükafatlı prodüser dizayneri və art-direktoru Stüart Kreyq bazar günü 83 yaşında vəfat edib.
Karyerası boyunca ( “Harri Potter” filmləri də daxil olmaqla) bir neçə daha Oskar nominasiyasına əlavə olaraq , o, 1988-ci ildə Glenn Close, Con Malkoviç və Mişel Pfayferin rol aldığı “Təhlükəli əlaqələr” və 1996-cı ildə baş rolda Rayfinol Bölennes olan “İngilis xəstəsi” filmləri ilə daha iki Akademiya Mükafatı qazanıb.
Kreyq həm də öz setləri vasitəsilə rekord qıran “Harri Potter” film franşizasının sehrli dünyasını canlandıran yaradıcı prodüseri idi . O, 2001-ci ildə “Fəlsəfə Daşı” , 2002-ci ildə “Sirlər Otağı” , 2004-cü ildə “Azkaban Məhbusu” , 2005-ci ildə “Alov Qədəhi” , 2007-ci ildə “Simurq Ordeni” , 2009-cu ildə “Yarımqan Prins” 2010-cu ildə “Ölüm Hədiyyələri. I hissə” və 2011-ci ildə “Ölüm Hədiyyələri. II hissə” filmlərində işləyib. O, həmçinin 2016-cı ildə “Fantastik Məxluqlar və Onların yaşadıqları yer”, 2018-ci ildə “Grindelvaldın Cinayətləri” və 2022-ci ildə “Dambldorun Sirləri” də daxil olmaqla üç “Fantastik Məxluqlar” filminin quruluşçu dizayneri kimi fəaliyyət göstərib.
The Hollywood Reporter
Nazim Xeyrxəbərli
