00:00:00
Yazar
Admin User
30.12.2025 08:48 99 1 dəq oxuma
Hadisə

Oteldən 23 min oğurlayan dəstə saxlanılıb

Oteldən 23 min oğurlayan dəstə saxlanılıb

Paytaxtın Nizami rayonunda otellərin birində oğurluq hadisəsi baş verib.

"İnformator.az" xəbər verir ki, oteldə gecələyən şəxsin 23 000 manatı oğurlanıb.

Bu barədə zərərçəkən ərazi polis orqanına məlumat verib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar.

Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər