Ötən həftə 152 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən həftə ərzində 152 yanğına çıxış və 26 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən həftə ərzində 11-i azyaşlı olmaqla 30 nəfər xilas edib, subasma və yanğın zamanı ümumilikdə 35-i azyaşlı olmaqla 186 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
