00:00:00
Yazar
Admin User
07.12.2025 18:41 111 1 dəq oxuma
Hadisə

Özbəkistanda eyni yerdə 2 gündə 3-cü zəlzələ olub

Özbəkistanda eyni yerdə 2 gündə 3-cü zəlzələ olub

Son iki gündə Özbəkistanın şərqində Namanqan və Fərqanə vilayətlərində maqnitudası 3,0 bal olan üçüncü zəlzələ baş verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Namanqan və Fərqanə rayonlarında 16:31-də zəlzələ baş verib. Zəlzələnin gücü Rixter cədvəli üzrə 2-3,0 bal olub”, - məlumatda deyilir.

 

Zəlzələnin episentri Daşkənddən 135 kilometr cənub-şərqdə, Namanqan vilayətinin Pap rayonunda yerləşib.

 

Şənbə günü eyni yerdə iki yeraltı təkan qeydə alınıb: gecə saat 2:04-də və 18:19-da.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər