Pakistanda zəlzələ baş verib
Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
12 kilometr dərinlikdə baş verən zəlzələ Karaçinin bəzi yerlərində də hiss edilib.
Digər tərəfdən, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 4,8 olaraq açıqlayıb.
TRT XƏBƏR
Arzu Poladova
