Pakistanın şimal-qərbində keçirilən əməliyyatlar zamanı 12 terrorçu öldürülüb
Pakistan təhlükəsizlik qüvvələrinin hava hücumları zamanı Şaval kəndində Təhrik-i-Taliban terrorçularının sığınacaqları dağıdılıb.
Pakistan təhlükəsizlik qüvvələrinin hava hücumları zamanı Şaval kəndində Təhrik-i-Taliban terrorçularının sığınacaqları dağıdılıb.
İnformator.az xəbər verir ki, “Dawn”agentliyinin məlumatına görə, öldürülənlər arasında Livan Hizbullahının komandirlərindən biri də var. Pakistan ordusu ötən həftə etdiyi açıqlamasında 2014-cü ildə başlayan Əfqanıstanla sərhəddə terrorçulara qarşı keçirilən əməliyyatların son mərhələsinə başladığını bildirmişdi. Zərb-ə-Azb adı verilən əməliyyatda ölkədə aktiv olan ekstremistlər hədəfə alınıb.
Pakistan rəsmilərinin məlumatına görə, əməliyyatların başlamasından bu günə qədər 2,800 terrorçu öldürülüb.
