Papa Leo ilk Milad nitqində Ukrayna müharibəsini sona çatdırmaq üçün "cəsarətə" çağırıb
Roma Papası Leo, Müqəddəs Pyotr meydanında izdiham qarşısında ilk Milad çıxışı zamanı Ukrayna və Rusiyanı müharibəni dayandırmaq9 üçün birbaşa danışıqlar aparmaq üçün “cəsarət” tapmağa çağırıb.
Papanın ənənəvi olaraq Milad günü Vatikanda toplaşan ibadətçilərə çatdırdığı Urbi et Orbi çıxışı zamanı o, dünyada münaqişələrə son qoymağa çağırıb. Ukrayna ilə bağlı danışan Roma Papası deyib: “Silah hay-küyünə son qoyulsun və beynəlxalq ictimaiyyətin dəstəyi və öhdəliyi ilə iştirak edən tərəflər səmimi, birbaşa və hörmətli dialoqa girmək üçün cəsarət tapsınlar”. Onun müraciəti döyüşlərə son qoymaq üçün ABŞ-nin rəhbərlik etdiyi danışıqların davam etdiyi vaxta təsadüf edir.
BBC News
Cavahir Əsgərbəyli
