00:00:00
Yazar
Admin User
25.12.2025 17:54 90 1 dəq oxuma
Dünya

Papa Leo Ukrayna müharibəsini bitirmək üçün cəsarətə çağırıb

Papa Leo Ukrayna müharibəsini bitirmək üçün cəsarətə çağırıb

Papa Leo Müqəddəs Pyotr meydanında toplaşan insanlara etdiyi ilk Milad müraciətində Ukrayna və Rusiyanı müharibəyə son qoymaq üçün birbaşa danışıqlar aparmağa “cəsarət” tapmağa çağırıb.

 

O, Vatikan şəhərində Milad günü ənənəvi olaraq möminlərə ünvanlanan Urbi et Orbi müraciəti zamanı dünyada davam edən bütün münaqişələrin dayandırılmasına çağırış edib.

Ukrayna ilə bağlı danışan Papa deyib:

“Silahların səsi kəsilsin və tərəflər beynəlxalq ictimaiyyətin dəstəyi və öhdəliyi ilə səmimi, birbaşa və qarşılıqlı hörmətə əsaslanan dialoqa girmək üçün cəsarət tapsınlar".

Onun bu çağırışı ABŞ-nin rəhbərliyi ilə döyüşləri dayandırmaq məqsədilə aparılan danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

 

Mənbə: BBC news

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər